Yazı İçi 468×60

86510Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi 9-14 m/s, gecə arabir 16-18 m/s-dək güclənəcək. Gündüz cənub-qərb küləyi 9-14 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sutunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Rayonlarda gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

(qafqazinfo.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."