!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DANİB “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması” haqqında təlim təşkil edəcək

!Reklam – Yazi

3Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində müxtəlif regionları təmsil edən 20 gənc seçiləcək və onlara ictimai iştirakçılıq, könüllülük, şəbəkələşmə və vətəndaş fəallığı mövzularında 4 günlük təlim təşkil olunacaq.

Təlimdə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında iştirakçılara zəruri məlumatlar veriləcək. Hazırda layihəyə qatılmaq üçün müraciətlər davam edir. Yaxın günlərdə layihənin işçi qrupu tərəfindən seçilmiş iştirakçılar nəticələr haqqında məlumatlandırılacaq.

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv