Yazı İçi 468×60

cemile sehv 12 xalDanimarkanın “Eurovision -2016” münsiflər heyətinin üzvü Hilda Heyk bəyan edib ki, onlar Avstraliyanın əvəzinə, xalları Ukraynaya veriblər.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın “BT.dk” nəşri məlumat yayıb.

Münsiflərin qiymətləri 1-dən 26 xala qədərdir, 1 xal ən yaxşı mahnıya, 26 -ı isə ən pis mahnıya verilir. Heykin sözlərinə görə, o, qiymətləndirmə sistemini qarışdırıb və avstraliyalı müğənni Demi İmin əvəzinə, 12 xalı ukraynalı Camalaya verib. Bununla yanaşı, Heyk Ukraynaya bir xal da vermək fikrində deyildi.

“Bu, mənim ən böyük səhvimdir və bunu etiraf edirəm”, – o deyib.

Danimarkalı münsiflərin səhvi müsahibədə birinci yeri tutumuş Ukrayna və Avstraliya arasında fərqi azaldır, amma nəticəyə təsir etmir. Avropa Yayım Birliyi baş verən insidentdən xəbərdardır.

Mayın 15-nə keçən gecə Stokholmda “Eurovision” mahnı müsabiqəsinin finalı keçirilib. Müsabiqədə birinci yeri “1944” kompozisiyası ilə Ukrayna təmsilçisi Camala tutub. İkinci yerdə Avstraliya ifaçısı Demi İn, üçüncü yerdə isə rusiyalı müğənni Sergey Lazarev (“You are the only one” mahnısı) qərarlaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."