!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə avtomobil aşıb: sürücü ölüb

!Reklam – Yazi

39f93a0a69ad26249fef5430890f3b89Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Çovdar kəndi ərazisində Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Zirəddin oğlu Zeynalov idarə etdiyi “Niva” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ölüb, sərnişin – Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Ədalət Nəbi oğlu Qurbanov isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır(APA)

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv