Yazı İçi 468×60

12735897_1119452321432810_358022472_nLənkəranlı gənclər bir daha nəyə qadir olduqlarını göstərdilər.

Azərbaycanın aparıcı korporativ bankı Paşa Bank və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Lənkəran şəhər İcra hakimiyyətinin Lənkəran şəhər Gənclər və İdman idarəsinin dəstəyilə “Davamlı Müəssisənin İnkişaf Proqramı”na Azərbaycan Gənclərinin Nailiyyəti (AGN) ictimai birliyi tərəfindən start verildi.

“Davamlı Müəssisənin İnkişaf proqramı” Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələr yaradaraq, əlverişli mühit və imkanların toplanması ilə onların səmərəliliyini təkmilləşdirməyi planlaşdırır. Proqramının məqsədi peşəkar inkişaf təlimləri, maliyyə görüşləri və maarifləndirmə kompaniyaları ilə gənc sahibkarlar tərəfindən idarə olunan kiçik və orta müəssisələrin yaradılmasını dəstəkləməkdir.

Proqramın ilkin mərhələ olaraq proqramın təqdimatı və təşviqi üçün Xacmaz Quba və Lənkəran rayonlarının gəncləri ilə görüş keçirildi. Görüşdə ilk öncə gənclərə proqram haqqında məlumat təqdimat şəklində ərtaflı verildi. Rayon gənclərini maraqlandiran suallara cavab verildi və onlara bu proqramın gələcək biznes karyeralarını qurmaqda yardım edecəyi qeyd olundu.

Qeyd edək ki, proqram dörd mərhələdən ibarət idi. Növbəti mərhələdə seçilmiş iştirakçılara biznes təlimləri(Sahibkar ol, Biznes Etika, Maliyyə savadı, Biznesdə İT-dən istifadə) tədris olunacaq. Bununla yanaşı proqram çərcivəsində bank və maliyyə təşkilatları ilə əməkdaşlıq gənclərin idarə edəcəyi bu müəssisələrə maliyyə xidmətlərinin göstərilməsi imkanını yaradacaq. Son olaraq 12 fevral 2016-cı ildə Bakıda Biznes günü tədbiri keçirildi.Tədbirdə biznes ideyalarının təqdimatı, onların ən maraqlısının seçimi və mukafatlandırılması oldu. Lənkəran komandası 30 nəfər XanLənkəran könüllərilə 8 Biznes layhəsilə tədbirdə iştirak edirdi. Müsabiqədə hər 3 yerə Lənkəran komandaları laiq görüldü. 1-ci yerə Book Kafe Biznes layhəsi (komanda üzvləri Mədinə Məmmədli Rəşad Paşayev Səfayət Əzizli) 2-ci yerə Nur Çapevi Biznes layhəsi (komanda üzvləri Nuranə Əliyeva Elvin Əsədli Xəyalə Əlizadə) 3-cü yerə Max travel Biznes layhəsi (komanda üzvləri Rəşad Hüseynzadə Rafət Şirəliyev Nərgiz İbadova Nahidə Babayeva) seçildi.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."