!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Davay do svidaniya”sı – Yaponiyanı belə fəth edir – VİDEO

!Reklam – Yazi

photo_512572012-ci ildə Azərbaycanda, Rusiyada və bir sıra digər ölkələrdə həddən artıq populyarlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşlarının “Davay do svidaniya” meyxanası gözlənilmədən Yaponiyada peyda olub.

Yaponiyada populyar xəbər saytı olan “Nikkan-spa” Rüstəmov qardaşları, onların dillər əzbəri olan meyxanası və ümumilikdə meyxana sənəti haqqında material dərc edib.

Məqalə müəllifi qeyd edib ki, ilk əvvəl o “Davay do svidaniya”nı Timatinin ifasında eşidib və elə zənn edib ki, bu rusların repidir.

Sonradan internetdə axtarışlar onu Azərbaycana gətirib çıxarıb. Bir müddət araşdırmalardan sonra o, meyxana anlayışı ilə qarşılaşıb.

“Bir il əvvəl dostumun məsləhəti ilə “Youtube”da Rusiyada o zaman populyar olan, Timatinin ifasında “Davay do svidaniya” rep döyüşünə baxdım. Həmin klipə 31 milyon baxış var idi.

İnternetdə araşdırmalar nəticəsində mənə aydın oldu ki, baxdığım orijinal material deyil və Timati komandasının çəkdiyi parodiyadır.

Bundan sonra daha da böyük səylə bunun kökünü axtarmağa başladım. Bunun ilk ifaçılarını tapanda çox təəccübləndim. Sən demə bu Timatinin ifasından da əvvəl, 2012-ci ildə populyar olub və 28 milyon baxış qazanıb. Mənə məlum oldu ki, bunun adı rep deyil. Bu meyxanadır və Azərbaycan meyxanasıdır”, – müəllif yazıb.

Daha sonra müəllif meyxananın necə yaranması və tarixi barədə yazıb və qeyd edib ki, bu barədə təəssüf ki, yapon dilində heç nə yoxdur və məlumatlar yalnız rus və ingilis dillərindədir.

“Meyxana orta əsrlərdən gəlib, amma onun müasir üslubu XX əsrin 20-ci illərində formalaşıb. Hazırda meyxana Azərbaycanda toylarda və şou-proqramlarda dəbdədir”, – yapon müəllif yazır.

Konkret olaraq “Davay do svidaniya” haqqında yazan müəllif qeyd edib ki, 2011-ci ildə bunu İntiqam və Ehtiram qardaşları Azərbaycanda toyda ifa ediblər.

“Bu meyxana qısa zamanda populyarlıq qazanıb və sonradan Rusiya telekanallarında da yayılıb. Rusiyada “Davay do svidaniya” bumu yaşanıb. İnsanlar bu meyxanada olan ifadələri bir-biriləri ilə zarafat edərkən tez-tez işlədiblər”, – müəllif yazıb(gün.az).

 

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv