www.sinerjipro.net

SinerjiProWide
Reklam

davutoglu ashpaTürkiyənin baş naziri Əhməd Davudoğlu hazırda AŞPA sessiyasında çıxış edir.

Baş nazir aprelin əvvəlində cəbhə xəttində baş verən erməni təxribatlarına toxunaraq, Azərbaycanın mövqeyini müdafiə edib.

Suriyalılarla bağlı məsələyə toxunan Davudoğlu deyib ki, “Bizim məzlumlara, məsumlara qapımız açıqdır və açıq qalacaq”.

Terror məsələsinə toxunan Davudoğlu deyib ki, terroru hansısa dinlə əlaqələndirmək düzgün deyil: “Bu, terrorçuların məsədinə xidmət etmək olar. Xüsusilə də terrorun və İslamın adlarının yanaşı çəkilməsini qınayırıq”.

Hazırda Davudoğlu suallara cavab verir.

Türkiyədən olan kürd deputatın sualına cavab verərkən Davutoğlu bildirib ki, əvvəla, sualın AŞPA-nın rəsmi dili olan türkcədə səsləndirilməsini istərdi. Daha sonra isə baş nazir PKK-nı `alçaq bir terror təşkilatı` adlandırıb.(Azvision)

(Yenilənir…)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."