Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının (AKP) qurultayı və Əhməd Davudoğlunun istefasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Ərdoğan “xeyirli olsun. Bu, baş nazirin öz qərarıdır”-deyə jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Türkiyənin hakim partiyasının növbəti qurultayı bu il mayın 22-də baş tutacaq. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir.
AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.
www.yenicag.az