!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğlu vəzifəsini Ərdoğana təhvil verəcək

!Reklam – Yazi

1117214_620x410rthBaş nazir Əhməd Davudoğlu bu gün vəzifəsini prezidentə təhvil verəcək.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP lideri hökumət qurmaq üçün qanuni müddətin başa çatmasına 5 gün qalmış bu vəzifəsini prezident Rəcəb Tayyib Ərdoğana təhvil verəcək.

Verilən məlumata görə, Ərdoğan və Davudoğlunun görüşü bu gün yerli vaxtla saat 19:30-da Prezident sarayında baş tutacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Davudoğluna hökuməti qurmaq tapşırığı verib. Bu əsnada Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Devlet Bahçeli və HDP həmsədrləri ilə görüşüb. Daha sonra Kılıçdaroğlu və Bahçeli ilə koalisiya görüşləri keçirən Davudoğlu koalisiya qurmaq imkanlarının olmadığını bildirib.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv