yenicag.az
yenicag.az

Davudoğludan Azərbaycan açıqlaması: “Rusiyanın təhdidi altındadır”

Davudoğludan Azərbaycan açıqlaması: “Rusiyanın təhdidi altındadır”

Müəllif: Redaktor

Editor

davudogluas4Türkiyə Baş naziri Əhməd Davudoğlu Ukrayna Baş naziri Arseniy Yatsenyukla birgə mətbuata açıqlamalar verib.

Davudoğlu çıxışı zamanı Ukraynadakı və Suriyadakı vəziyyətdən bəhs edib. Rusiya tərəfindən atılan addımları qınayıb.

Davudoğlunun sözlərinə görə, bu gün 3 ölkə Rusiyanın təhddi altındadır: “3 ölkə ərazi bütövlüyü mövzusunda Rusiyanın təhdidi altındadır. Gürcüstan, Ukrayna və Suriya. Ermənistana verdiyi dəstəyə görə Azərbaycanın da ərazi bütövlüyü faktiki olaraq təhdid altındadır”.

Krımda isan haqlarının tapdalandığını bildirən Davudoğlu Rusiya rəhbərliyinə müraciət də ünvanlayıb: “Buradan Rusiya rəhbərliyinə bir daha bildirmək istəyirəm ki, Sovetlər İttifaqı 25 il öncə süqut edib. Bu dövrü təkrar yaşatmağa çalışmaq Rusiya üçün də xeyirli nəticələr verməyəcək. Birləşmiş Millətlərdə veto kartına güvənərək bu cür macəralara yönəlmək Rusiya xalqının da qəbul etməyəcəyi bir məqamdır”.(Aznews)

Dünya, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti