!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davudoğludan mühüm açıqlamalar – Türk ordusu Suriyaya girəcəkmi?

!Reklam – Yazi

5220-300x211“CNN International”-a müsahibə verən Türkiyənin baş naziri Əhməd Davudoğlu Türk Silahlı Qüvvələrinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə Suriyaya girməyə hazır olduğunu açıqlayıb. Avropa.info xəbər verir ki, Davudoğlu quru əməliyyatının effektiv olması üçün Suriyadakı güc boşluğunun da doldurulması lazım olduğunu söyləyib.

Doğudoğlu İŞİD-ə qarşı hava əməliyatlarının yetərli olmadığını deyib:“Demək olar ki, hər gün və ya da həftənin çox hissəsini koalisiya ilə birlikdə İŞİD-ə qarşı hava əməliyyatı təşkil edirik. Ancaq bu, yetərli deyil. Biz bunu müşahidə edirik. İndi biz müttəfiqlərimizə uzun müddətdir təklif etdiyimiz kimi, yenə etibarlı bölgəyə sahib olmağı və İŞİD-i sərhədlərimizdən uzaqlaşdırmağı təklif edirik”.

“CNN International” kanalında jurnalist Kristian Amanpurun suallarını cavablandıran Davudoğlu jurnalistin Türkiyənin Suriyada İŞİD ilə mübarizə üçün qoşun yeridib yeritməyəcəyi sualına isə belə cavab verib: “Suriya torpaqlarına qoşun yeritmək həmişə birlikdə mezakirə edəcəyimiz lazım olan bir məsələdir. Hava və quru əməliyyatı olmaqla bütünləşmiş bir strategiyaya ehtiyacımız var. Ancaq Türkiyə tək başına bütün yükü öz üzərinə götürə bilməz. Əgər dediyimiz kimi belə bir strategiya olsa Türkiyə hər mənada orada rol almağa hazırdır “(Avropa.info).

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv