!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Davut Güloğlu həbs olunur?

!Reklam – Yazi

5810354718c7732da0d305baYenicag.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğu, Yenikapıdakı Demokratiya və Şəhidlər Mitingi üçün “Yenikapıdaki şouya qatılmayacağam” deyən müğənni Sıla Gençoğluna, “O hara xidmət edir? Kimə xidmət edirsə oraya getsin. Vətənımə xidmət etməyən rədd olsun getsin “deyə cavab verən Davut Güloğluna təhdirə yol verdiyinə görə 2.5 il həbs cəzası istəyib.

Qalmaqallı çıxışından sonra bir çox konserti ləğv edilən Sıla, İstanbul Respublika Prokurorluğuna müraciət edərək Davut Güloğlundan şikayətçi olub.

Sıla verdiyi ifadəsində, “Şou kəlməsi, keçmişdə bu quruluşla bağlı olan, onların təşkilatlarına qatılan və özünə bəraət qazanan, şevriliş cəhdindən sonra özünü təmizə çıxarmaq üçün o podiuma səmimiyyətsiz bir şəkildə çıxıb şou göstərən bəzi məşhura aiddir. Bu şəxslər heç bir zaman demokratiya sözünü belə işlətməmiş kəslərdir. Ayrıca, bu kəslərin əgər xain çevriliş cəhdi uğurlu olsaydı, xainlərin podyumunda çıxacağını düşündüyüm üçün bu çıxışı etdim “, deyə bildirmişdi.

Davut Güloğlu isə öz növbəsində verdiyi ifadəsində, “Söylədiklərim doğrudur, ancaq Sılanı təhqir etməmişəm. Bunu mətbuat və media belə çatdırıb. “Vətəninə xidmət etməyən rədd olsun” sözlərini demişəm. Bu sözümün də arxasındayam ” deyib.

 

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv