Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları dəyişdirildi

Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları dəyişdirildi

Müəllif: Redaktor

Editor

din_nishan_0612169Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nə uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 694) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri” üzrə:

1.1. 6-cı hissənin adında və mətnində “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilsin;

1.2. 7.11-ci bənddə “Müdavim” sözü (hər iki halda) “Kursant” sözü ilə, “M” hərfi “K” hərfi ilə əvəz edilsin;

1.3. 7.12-ci bənddə “M” hərfi (hər iki halda) “K” hərfi ilə əvəz edilsin;

1.4. 7.13-cü bənddə “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi” üzrə:

2.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilsin;

2.2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilsin;

2.3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi”ndə “müdavim” sözü “kursant” sözü ilə, 1-ci və 2-ci şəkillər isə yeni şəkillərlə əvəz edilsin (əlavə olunur).

 

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti