!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ded Xasanın yaxın adamı saxlanıldı – Video

!Reklam – Yazi

12591933_183668295322128_1647799843_osdfMoskvada Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən kriminal avtoritet saxlanılıb.

Saxlanılan Husan Ziyamuhamedov (Hüseyn Taşkentski) “oğru şöbəsində” əməliyyatçılarla görüşüb. Görüşdə Hüseyn oğru dünyası ilə əlaqəli olmasını danıb. Profilaktik söhbətdən sonra Taşkentski sərbəst buraxılıb.

Rusiya DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əldə etdiyi məlumata görə, Husan Ziyamuhamedov Özbəkistan DİN-nin operativ uçotunda “qanuni oğru” kimi qeydiyyatdadır ( lakin saxlanılanın özünün də təsdiq etdiyi kimi heç vaxt bu titula sahib olmayıb). Buna görə də, Hüseyn Taşkentski Rusiya sərhəd nəzarəti xidmətində “xüsusi təhlükəlilər” siyahında yer alır. Onun ölkə daxilindəki bütün fəaliyyəti güc strukturlarının nəzarətindədir.
Şəxsi keyfiyyətləri və Ded Xasana yaxınlığı sayəsində Husan indiyə qədər doğma Özbəkistan da daxil olmaqla bütün keçmiş MDB ölkələrinin kriminal aləmində görkəmli yer tutur.

Saxlanma zamanı əməliyyatçılardan kimsə dərindən maraqlansaydı, Husan qorxusundan kriminal aləmdəki özünün rolu və Rudiklə Xasan arasındakı “Daşkənd işi” kimi tanınan münaqişənin əsl ehtimalları barədə çox şey danışa bilərdi.

Qeyd edək ki, Husan 2007-ci ildən davam edən “klanların münaqişəsinin” əsasında duran şəxslərdəndir. Məlum olduğu kimi, Timoxa və Yaponçik kimi köhnə silahdaşları qəddar düşmənə çevirən və bütün oğru dünyasını parçalanmaya gətirib çıxaran Piçuqayla Qaleev arasındakı dava məhz Husanın qızının toyunda baş verib.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv