www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Xarici amillərin Azərbaycan və İran arasında hərbi əməkdaşlıq prosesini pozmasına icazə verməməliyik”.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan bildirib.

H. Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada misilsizdir: “İki ölkə rəhbərlərinin keçirdiyi çoxlu sayda görüşlər, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin günbəgün inkişafı münasibətlərin yaxşı olduğunun göstəricisidir. Çox yaxşı olar ki, bu əlaqələr hərbi və müdafiə sahəsində də artan temp üzrə inkişaf etsin”.

ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirən İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri qeyd edib ki, bu gün təkcə bölgə deyil, həm də dünya İŞİD , “Nusra Cəbhəsi” kimi problemlərlə üzləşib. H. Dehqan xüsusən Fələstin, Suriya, İraq və Yəmən xalqlarının problemlərdən əziyyət çəkdiyini vurğulayıb: “Mövcud şəraiti nəzərə alaraq, düşünürəm ki, bölgədə yeni böhran və qeyri-sabitliyə yer yoxdur. Ümid edirəm ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində qətiyyətli olacaq, başqalarının münaqişəyə müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə verməyəcək”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."