www.sinerjipro.net

SinerjiProWide
Reklam

106813_res_01Almaniyada bir qrup azərbaycanlı mühacirin yerləşdirildiyi qaçqın düşərgəsinə od vurulub.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Bavariya əyalətinin Noyştad-Valdnabe rayonunun eyni adlı inzibati mərkəzində baş verib.

Rayonun polis nümayəndəsinin bildirdiyinə görə, naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.

Qəsəbə meri Rupert Troppman bildirib ki, o, hadisədən şoka düşüb.

“Mən şokdayam, bu, olduqca dəhşətli hadisədir”-mer deyib.

Merin bildirdiyinə görə, 5500 nəfər əhalisi olan bu kiçik şəhərdə ksenofobiyaya yer ola bilməz.

Hadisənin arxasında kimlərin dayandığı məlum deyil. Mer bildirib ki, bu haqda nəsə deməyə çətinlik çəkir.

“Mən istəyirəm ki, polis hər şeyi araşdırsın, spekulyasiya etmək istəmirəm”- deyə R.Troppman bildirib.

Qaçqın sığınacağı şəhərdəki keçmiş restoran binasında yerləşir. Yanğın barədə xəbərdarlıq yerli vaxtla saat 03:20-də daxil olub. Yanğın binanın birinci mərtəbəsində başlayıb və yanğınsöndürənlər gələndə artıq mebellər yanıbmış.

Yanğınsöndürənlər yanğını tez nəzarət altına ala biliblər və sığınacaqda məskunlaşanlardan heç kim zərər çəkməyib.

Sığınacağın sakinləri bildiriblər ki, onlar hadisədən əvvəl binanın birinci mərtəbəsindən iki nəfərin çıxıb qaçdığını görüblər. Üçüncü şəxs isə onları kənarda gözləyirmiş.

Polis hadisənin ksenofobiya zəminində törədildiyini istisna etmir. Lakin qalan versiyalar da araşdırılır.

Yerli polisin nümayəndəsi Maykl Rebele bildirib ki, hadisə yerinə mütəxəssislər cəlb edilib. Onlar tərcüməçinin köməyi ilə sığınacaq sakinlərindən ifadələr alırlar.

Bina qaçqın sığınacağı üçün iki ildir istifadə olunur. Hazırda orada Azərbaycandan olan 19 qaçqın yerləşdirilib, binanın birinci mərtəbəsi əsasən uşaqların oyun oynaması üçün istifadə edilir.

Qeyd edək ki, Almaniyada son vaxtlar ksenofobiya və faşizm meylləri kəskin artıb.

Virtualaz.org

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."