!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DƏHŞƏT! Bu uşaq getdikcə daşa dönür – FOTOLAR

!Reklam – Yazi

amansiz-hastalik-kucuk-cocuk-yavas-yavas-yasa_x_45922_bYenicag.az xəbər verir ki, Nar Kumari adlı qadın yeni doğulmuş oğlunu ilk dəfə qucağına aldığında digər körpələrdən fərqi olmadığını deyib. 15 gün sonra isə evə gələn ana, oğlu Rameshin dərisinin soyulmağa və yerinə qalın qara dəri təbəqəsi əmələ gəlməyə başladığını söyləyib. Ramesh o gündən bəri acılar içində qıvrılır.

Uşaq, nadir görülən dəri xəstəliyindən əziyyət çəkərək yavaş yavaş daşa çevrilir. Bu xəstəlik onun gəzməyinə, danışmağına maneə törədir…

Rameshin bu vəziyyəti digər uşaqları ürküttüyü üçün, o, insanlardan uzaq, 11 yaşına qədər isə heç bir dostu olmadan həyatına davam edib.

Ümidlərini itirən ana Nar və ata Nanda, çarəsizcə oğullarının zaman içində yavaş yavaş daşa çevrilməsini izləyiblər.

“MailOnline”-a açıqlama verən Nanda: “Oğlumun dərisi doğulduqdan 15 gün sonra soyulmağa başladı. Yerinə çox sərt dəri təbəqəsi gəldi. Zaman keçdikcə daha da sərtləşdi və qara rəngə çevrildi. Nə edəcəyimiz haqqında heç bir fikrimiz yox idi və kimsə bizə kömək etmədi” deyib.

Ailənin yaşadığı, Nepalın mərkəzinə uzaq bir bölgə olan Baglungdakı həkimlər, Rameshin bu xəstləyi qarşısında aciz qalaraq “göbələk infeksiyası diaqnozu qoydular və kömək edə bilməyəcəklərini” söylədilər. Uşağın vəziyyəti gün keçdikcə daha da pisləşir.

“Beşinci doğum günündə Ramesh acı içində çapalamağa başladı və yeriyə bilmədi” deyə atası vurğulayıb.
“Yalnız acanda və tualet istəyəndə bizə bildirir. Otururdu və ağlayırdı, lakin onun canının nəyə yandığını anlamırdıq”.

 

 

www.yenicag.az

1713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv