Yazı İçi 468×60

images (1)Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb.
Bu barədə “Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.

Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y. İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.

REN TV-nin məlumatına görə, “Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.

Qeyd edək ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Moskvada “Oktyabrskoye pole” metro stansiyasının yerləşdiyi ərazi mühasirəyə alınıb.
Buna səbəb əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin “Allahu Əkbər” qışqırması olub.

Həmin adam qara paltarda olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onun kişi ya qadın olduğunu müəyyən etməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, bir müddət öncə sözügedən metro stansiyasına yaxın ərazidə yerləşən evlərin birində başı kəsilmiş uşaq meyiti aşkarlanıb.(APA)

https://youtu.be/XifmV24hPJQ

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."