Dəhşət! Şəkidə bir ailə yuxuda olarkən evi yandı – VİDEO

Müəllif: Redaktor

Editor

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-2Bu gün səhər saatlarında Şəkidə yanğın hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, yanğın Şəki şəhər sakini Məmmədrəhimov İftixar Abduləli oğluna məxsus 3 otaqlı mənzildə qeydə alınıb.

Yanğın qısa müddət ərzində bütöv evi əhatə edib. Yanğın ev sahiblərini yuxuda yaxalıyıb. Elə bu səbəbdən də alov güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Alovun qonşu evlərə keçməsinin qarşısı alınsa da, mənzilin böyük hissəsi və içərisindəki əşyalar yanıb.

Ev sahibi: “Yatdığımız yerdə bilmirik elə nə qaz nə peç yanılı idi. Birdə gördük çardaqdan yanır. Qonşudan keçib, hardan keçib bilmirik. Hovuzdan su götürdüm ki söndürüm. Gördüm alınmır. Matoru qoşdum, elə həmin vaxt yanğın söndürənlər gəlib çıxdı”.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır