Dəhşətli ailə dramı: Yeni ana olan qadın komadan ayılmadı – FOTO

Müəllif: Redaktor

Editor

403913Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb.

Sumqayıt şəhəri Heydər Əliyev prospektində “VAZ 21015” ilə “Geely” markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralılardan Orucova Tutu Ədalət qızı uzun müddət komada qaldıqdan sonra dünən həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Bildirək ki, Orucova Tutu Ədalət qızı hadisə zamanı yaralanan Vüqar Orucovla evli imiş və qəzadan təxminən 10 gün əvvəl Əsmər adlı qızları dünyaya gəlib.

Əlavə edək ki, Vüqar Orucovun qardaşı Vüsal Orucov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda ağır əməliyyat keçirən Vüqar Orucovun qardaşının və həyat yoldaşının ölümündən xəbəri yoxdur.(lent)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir