www.sinerjipro.net

SinerjiProWide
Reklam

internet4Azərbaycan ərazisinin 90 faizini internetlə təmin edən “Delta Telekom” MMC dünən baş vermiş problemə aydınlıq gətirib.

“Delta Telekom” şirkətindən verilən məlumata görə, problemlə əlaqəli bəzi yerlərdə internetin sürəti zəif olacaq: “Dünən yaranmış problem tam olaraq aradan qaldırılıb. Problem texniki nasazlıq səbəbindən yaranmışdı. Hazırda hər şey qaydasındadır. Azərbaycan ərazisi internetlə tam təmin olunub. Ola bilər ki, müəyyən ərazilərdə sürətlə bağlı problem olsun. Hazırda onlar da bərpa olunur”.

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet ötürücüsü olan “Delta Telekom” MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir(Aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."