Dəmir arakəsmə daha bir maşını ikiyə böldü – Fotolar

Müəllif: Redaktor

Editor

22350Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi “Tofaş” markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Qəza yerinə gələn nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlığın köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardıma təhvil veriblər.
Ağır şəkildə yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir