www.sinerjipro.net

SinerjiProWide
Reklam

“DəmirBank” Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə Qarabağ regionu üzrə (Beyləqan, Xocavənd, Laçın, Füzuli və Ağcabədi məhkəmələri üzrə) hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

Yenicag.Az-ın məlumatına görə, ali hüquqi təhsilli, müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

• Bankın mənafeyini dövlət orqanları idarələrində qorumaq və müdafiə etmək;
• Problemli kreditlər üzrə məhkəmələrə iddialar və banka qarşı qaldırılmış iddialara etiraz məktubları hazırlamaq və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı təmsil etmək;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görmək, problemli kredit müştəriləri ilə əlaqə saxlamaq, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışmaq;
• Kreditlərin qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil (magistr dərəcəsinin olması arzuolunandır);
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqətlilik, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlara sahib olmalı;
• Sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Qarabağ regionu məhkəmələri üzrə məhkəmə oqranları ilə iş şöbəsinə – Hüquqşünas”

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."