!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Demirchi Tower”dəki qətllə bağlı rəsmi məlumat

!Reklam – Yazi

vincester-tufengBakı Şəhər Prokurorlu paytaxtda törədilən qətllə bağlı rəsmi məlumat yayıb.

Yenicag.az-a daxil olan məlumatda bildirilib ki, yanvarın 7-də “İraq Hava Yolları” aviaşirkətinin Bakının Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində özünəməxsus “Vinçester” markalı ov tüfəngi ilə Ə.Ağaəlinin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə atəş açaraq onu qəsdən qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə “Demirchi Tower” biznes mərkəzində baş verib.

 

Yenicag.az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv