Dəmiryolçularının Həmkarlar İttifaqının sədri necə milyoner olub?

Dəmiryolçularının Həmkarlar İttifaqının sədri necə milyoner olub?

Müəllif: Redaktor

Editor

dsc_0418Qan bahasına satılan “putyovka”lar belə dəmiryolçuların istiraəhəti üçün yaramır. Çünki xaricdən gözəl görünsə də, Lokomotiv” istirahət mərkəzinin içərisi xarabalığı xatırladır.

2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov mənimmsədiyi vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib.

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DMHİRK) sədri Fəzail Bağırov Xaçmaz rayonunun Nabran qəsəbəsində dəmiryolçular üçün inşa edilmiş “Lokomotiv” istirahət mərkəzini xarababazara çevrib. Bu barədə AzMedia.info-ya məktub yollayan bir neçə dəmiryolçu bildirir ki, Fəzail Bağırov dövlətin milyonlarla manat vəsaiti hesabına tikilən istirahət mərkəzini öz şəxsi obyektinə çevrib. Belə ki, dəmiryolçular bildirir ki, DMHİRK sədri Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzinə heç bir dəmiryolçu rüşvət vermədən “putyovka” ala bilmir. Hətta qan bahasına satılan “putyovka”lar belə dəmiryolçuların istiraəhəti üçün yaramır. Çünki xaricdən gözəl görünsə də, Lokomotiv” istirahət mərkəzinin içərisi xarabalığı xatırladır. Bunun şahidi olmaq istəyən hər kəs “Lokomotiv” istirahət mərkəzinə gedib hər şeyi öz gözləri ilə görə bilər.

Şikayətçilər qeyd edir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin ayırdığı vəsaitləri mənimsəyən Fəzail Bağırov “Lokomotiv” istirahət mərkəzində dəmiryol vaqonlarında istifadə olunan yataq dəstlərindən yararlanır. Belə ki, istirahət mərkəzinin bütün otaqlarında məhz bu yataqlardan istifadə olunur ki, bu da komfortlu istirahət mərkəzi kimi nəzərdə tutulan “Lokomotiv” istirahət mərkəzinin reytinqinə ciddi xələl gətirir.

Dəmiryolçular idddia edirlər ki, hələ 2008-ci ildə “Lokomotiv” istirahət mərkəzi inşa olunduğu zaman, tikinti xərclərini şişirdərək külli miqdarda dövlət vəsaitini mənimsəyən Fəzail Bağırov mənimmsədiyi vəsait hesabına iki villa tikdirib və oğlanları Ruslan və Aqil Bağırovların adına həmin villaları sənədləşdirib.

Bundan başqa dəmiryolçular iddia edirlər ki, hazırda vətəndaş nikahında olduğu və “Azərbaycan Dəmir Yolları” QSC-nin Yol Təsərrüfatı İdarəsində baş mühasib çalışan Həcər Məmmədovaya Hökməlidə dəyəri milyon manatdan artıq olan villa tikdirib. Bildirilir ki, Fəzail Bağırovun qanuni həyat yoldaşı öz dayısı qızı olsa da, uzun illərdir ki, ayrı yaşayırlar. Həmçinin məlumatı verən mənbələr bildirir ki, Həcər Məmmədova ilə Fəzail Bağırovu böyük maliyyə maxinasiyaları bağlayır. Qeyd edək ki, bu barədə saytımıza verilən məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə cəlb edəcəyik.

Daxil olan şikayətdə bildirilir ki, Fəzail Bağırov son ğir neçə ildə DMHİRK-dən 2 milyon manatdan artıq vəsait mənimsəyib. Əvvələr Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərovla yaxın münasibətlərdə olan Fəzail Bağırov Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunduqdan sonra ciddi narahatlıq içindədir. Belə ki, işlərinin yoxlanmasından qorxan Fəzail Bağırovun hər vəchlə Cavid Qurbanova “yol” tapmağa çalışır. Mənbələrin iddasına görə Fəzail Bağırov işlərini “yoluna” qoymaq üçün Cavid Qurbanovun qəbuluna əl çantası ilə getsə də, istəyinə nail ola bilməyib. Belə ki, iddialara əsasən Cavid Qurbanov Fəzail Bağırovun ona gətirdiyi əl çantasını qəbul etməyib və qəbuldan əli ətəyindən uzun dönən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri düşdüyü vəziyyətdən çıxmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,millət vəkili Səttar Mehbalıyeva minnətçi düşüb.

Həmçinin növbəti yazımızda Fəzail Bağırovun falçılara xərclədiyi böyük pullar barədə, Zahid Xəlilov küçəsində, Milli Məclisin sabiq sədri, mərhum professor Murtuz Ələsgərovun yaşadığı binada hər biri 230 kvm olan, oğlunun və qızının adına sənədləşdirdiyi iki mənzili hansı səbəbdən alması barədə maraqlı məlumatlarla tanış olacaqsınız. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

 

Yenicag.az

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti