!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Demokratik, yoxsa DEMOkritik Qərb?

!Reklam – Yazi

“İnsan haqları” deyə-deyə Dövlət haqlarını pozan Qərbin “demokratiyası”…

İllərdir demokratiyadan dəm vuran Qərb dövlətləri də Rusiya kimi siyasət aparmaqla Azərbaycanı öz rəngləri ilə dizayn etməyə çalışır. Suriya, Liviya, Əfqanıstan, Pakistan, İraq, Türkiyə kimi ölkələrdə təxribatlarla və terrorçulara dəstək yolu ilə əli milyonlarla insanın qanına bulaşmış Qərbin saxtakar dövlətlərinin nə cür şarlatan olduqlarını görmədikmi?

Özünə demokrat makiyajı vuran bu Qərbdə – İtaliyada, İspaniyada neçə-neçə məmurun rüşvət qalmaqalının, Danimarkada bir müsəlmanın Allah və İslamla bağlı sözünə görə təyyarədən endirildiyinin, elə bu “demokrat” Avropada məscidlərə donuz kəlləsi geyindirilərək, 1,6 milyard insanın dininin təhqir olunmasının, “din azadlığına” dırnaqarası humanist münasibətin necə olduğunu gördük. İslam peyğəmbərinin mətbuat vasitəsi ilə çılpaq, çirkin karikaturalarının tirajlandığının və dini müharibənin qızışdırılması, kiçik dövlətlərin daxili işlərinə qarışaraq, BMT qətnamələrinin necə pozduğunun, təxribatlarla müdaxilə edib qarışdıqları Suriyanın dağılmasına nail ola bilmədikdən sonra 10 minlərlə insanın Aralıq dənizində boğulmasının, bu cür “insan haqları” bağıranların insanlardan qorunmaq üçün sərhədlərinə qalın və tikanlı məftillərlə çəpərlər çəkdiyinin şahidi olduq. Elə Qərbin özünün alovlandırdığı Suriya böhranı səbəbindən, başına yağan güllələrdən xilas olmaq üçün ümidlə Qərbə üz tutan müharibə qaçqınlarına “mədə”niyyət beşiyi sakinlərinin badalaq vurmasını görmədikmi? Gördük.
Siyahını genişləndirə bilərik. Amma uca Allah insana ağıldan sonra ikinci bir güclü imkan da verib ki, gözünlə gördüklərinlə kimin hansı məqsədlər üçün oynadığını bilib, maskasını endirəsən.
Son 3-4 ay öncə İngiltərə hökuməti “İraqı işğal etməyimiz yanlış siyasət idi” , – deməklə bu yazdıqlarımın haqlı olduğunun daha bir nümunəsini ortaya qoydu.

“İnsan haqları” deyə-deyə Dövlət haqlarını pozan, qanunsuzluqlar edən, haqqında danışdıqları insanların həyatlarını alt-üst edən Qərb bizə hansı demokratiyadan dəm vurur? Kiçik dövlətləri öz rəngləri ilə fırçalayıb siyasi, hərbi təcavüzlə dizayn etməyə çalışan, demokratiyadan çox, “demə”kratiyanı xatırladan Qərb oyuncağa çevirdiyi “demo”lu kratiyasını kimə qandıra bilər, axı?

Sualları uzatmadan, qısacası, Qərbin gözündə o zaman demokrat olursan ki, onun bu cür qanunsuzluğuna daha çox dəstək verir, daha çox əl-qolunun açmasına imkan yaradırsan. O zaman Qərbin qərəzli media orqanları, QHT-ləri, digər təbliğat və təşviqat vasitələri də sənin “demokrat” olduğunu tirajlamaq, dünyada tanıtmaq üçün dayanmadan hərəkətə keçir.

Bax, bunlardır Qərbin maskası və imici!!!

İndi siz deyin: bu cür işğalçı, müdaxiləçi addımlar atan, dövlətlərin daxili işlərinə qarışaraq gərginlik yaradan Qərbin əsl modeli hansıdır: demokratik, yoxsa “demo”kritik?

Arzu Səyyad

www.yenicag.az

1336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv