Dənizdə itən neftçilərlə bağlı SOCAR-dan açıqlama

Müəllif: Redaktor

Editor

neftxezer15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Yenicag.az olaraq Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyevdən hazırki durumla bağlı münasibət öyrənməyə çalışdıq. Təəssüf ki, N. Quliyev heç bir açıqlama vermədi:
” Nə üçün zəng etdiyinizi bilirəm. İstədiyiniz məlumat SOCAR-ın saytında var”.

Amma biz verəcəyimiz sualların cavabını saytda tapa bilmədik.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Gülnarə Eynullaqızı
Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır