“Deputat da ola bilmədi, bundan sonra ağlı başına gələr”

“Deputat da ola bilmədi, bundan sonra ağlı başına gələr”

Müəllif: Redaktor

Editor

ilhameelza4Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasını geri götürüb.

Bu barədə İ.Quliyevanın özü məlumat verib. O, qeyd edib ki, bu addımı E.Seyidcahana yazığı gəldiyi üçün atıb: “Ona heç nə etməyəcəyəm. Onsuz da yazıqdır. Onu məhkəməyə verməyəcəyəm. Qoy nə istəyir, ağlına nə gəlir danışsın. Ona açdığım davada sona kimi getsəm, E.Seyidcahan da o birilərinin aqibətini yaşayar. Onu bağışladım. Deputat da ola bilmədi, bəlkə bundan sonra ağlı başına gələr”.

İ.Quliyeva həmçinin qeyd edib ki, bununla bağlı E.Seyidcahana heç bir məlumat verməyib.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açdığını bildirmişdi. Buna səbəb E.Seyidcahanın onun ünvanına “Mən Şöhrət ordenli “şərəfsiz” olmayacağam” – ifadəsini işlətməsi idi(Aznews).

Maqazin, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti