Deputat dağılmış şəhid məzarlarını bərpa etdirəcək

Müəllif: Redaktor

Editor

qenireMilli Məclisin deputatı Qənirə Paşayeva Tovuz rayonunda dağılmış şəhid məzarlarını bərpa etdirəcək.

Bu barədə tanınmış diaspor fəalı, ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili məlumat verib.

T.Allahverdili deyib: “Parlamentdə onlarla deputat var ki, təkcə seçildikləri ərazinin yox, onlara müraciət edən bütün ölkə vətəndaşlarının, hətta xaricdə yaşayan həmvətənlərimizin qeydinə qalırlar. Onlardan biri də deputat Qənirə Paşayevadır. 2016-cı ilin sentyabr ayında Tovuzda baş vermiş təbii fəlakət zamanı Tovuzun Aşağı Dondar kəndindəki şəhid məzarları da dağılıb və hələ də təmir-bərpa işləri görülməyib. Bu haqda deputat Qənirə Paşayevaya müraciət etdim. Deputat həmin regiondan deputat seçilmədiyi üçün hadisədən xəbərsiz oduğunu, lakin rayona zəng edib oranın icra rəhbərliylə əlaqə yaradacağını bildirdi. Həmçinin şəxsən özünün şəhidlərin məzarlarını bərpa etdirəcəyinə dair söz verdi”.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır