!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat olmaq qanunları pozmağa əsas vermir - XİN

!Reklam – Yazi

“Avropa Parlamentinin deputatı olmaq heç kimə digər dövlətlərin qanunlarını, beynəlxalq hüququn norma və prinsiplərini pozmağa əsas və ya immunitet vermir. Frank Engel, Yelen Teoxarus və Yaromir Ştetin kimiləri davamlı olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bötüvlüyünün pozulmasına çağırışlar edir və bu istiqamətdə əməli fəaliyyət həyata keçirir, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradılmış qanunsuz rejimin və aqressiv separatizmin propaqandası ilə məşğul olur, dezinformasiya, etnik və dini zəmində nifaq və ayri-seçkilik yayırlar”.

Bunu açıqlamasında barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış Frank Engelin Ermənistan mediasına və Yaromir Ştetinin Çexiya televiziyasına açıqlamasını şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, bütün beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, bu şəxslər Ermənistan və qondarma rejimlə əlbir olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini pozmağa və qəsdən regionda onsuz da kövrək olan vəziyyəti gərginləşdirməyə çalışır və Ermənistanın xeyrinə lobbist fəaliyyət həyata keçirirlər.

“Avropa Parlamenti üzvlüyündən sui-istifadə edərək onların bu kimi qanunsuz əməlləri ilk növbədə Avropa İttifaqının və Parlamentinin əsasını təşkil edən universal dəyərlərə ziddir.

Bir milyondan artıq Azərbaycanlının qanlı etnik təmizlənməsinə, Xocalı soyqırımına göz yumaraq müəyyən maraqların və siyasi sifarişlərin müqabilində onların bu kimi təxribatçı və rasizm təmayüllü fəaliyyəti eləcə də Avropa seçicilərinə, Avropa Parlamentinə hörmətsizlik və vicdansızlıqdır. Təəssüflə qeyd etməliyik ki, bu kimi şəxslər öz qanunsuz əməlləri ilə geniş ictimai rəydə Avropa Parlamentinin nüfuzuna xələl gətirirlər.

Azərbaycanın Avropa İttifaqı və üzv dövlətlərlə dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından daim narahat olan bu şəxslər Avropa İttifaqının özünün maraqları əleyhinə fəaliyyət göstərdiklərini əməlləri ilə sübut edirlər.

Barələrində cinayət işi açıldıqdan sonra indi bu şəxslərin öz qanunsuz əməllərinə “demokratiya” donu geyindirməyə və Avropa Parlamentinin çətiri altında gizlənməyə çalışmaları heç bir mənəvi-etik və hüquqi çərçivələrə sığmır.

Cinayət işi çərçivəsində ölkəmizin qanunları və qoşulduğumuz beynəlxalq sənədlər üzrə daşıdığımız öhdəliklərindən çıxış edərək bu şəxslərə münasibətdə zəruri hüquqi təqib addımları atılacaq”, – deyə XİN sözçüsü vurğulayıb.

Yeniçağ.az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv