Deputat parlamentdə azan verdi

Deputat parlamentdə azan verdi

Müəllif: Redaktor

Baş Redaktor

israil-parlamenti-azanİsrail parlamentində (Knesset) azanın qadağan olunması ilə bağlı gündəmə gətirilən qanun layihəsi etiraza səbəb olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəb əsilli İsrail deputatı Talib Əbu Arar qanun layihəsinə etiraz əlaməti olaraq parlamentin iclasında azan verib.

Ərəb deputatın bu addımı yəhudi həmkarlarının xoşuna gəlməyib. Deputatlar Talib Əbu Arara azan oxuduğuna görə iradlarını bildiriblər.

Deputatın İsrail parlamentində azan oxumasına Fələstik rəsmiləri dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, İsrail parlamentində “səs-küy” yaratması səbəbi ilə azanı qadağan etməyi nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq.

Bundan öncə Baş nazir Binyamin Netanyahu yazılı açıqlamada azanın “səs-küy salaraq insanları narahat etdiyini” iddia edib. Bildirib ki, azanın qadağan edilməsi təklifini dəstəkləyir.

 

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti