www.sinerjipro.net

SinerjiProWide
Reklam

????????????????????????????????????????????????????????????

Deputat Əsabil Qasımovun ailəsinə məxsus olan “Karat” holdinqin istehsal etdiyi un məhsulları kəskin bahalaşıb.
20 dekabrda baş verən kəskin devalivasiyaya qədər “Karat” istehsalı olan “Karmen” markalı 1 kisə un 18 manat olsa da, hazırda 27 manata satılır.

Deputatın ailə holdinqi Azərbaycan un məhsulları bazarında kifayət qədər böyük çəkiyə malikdir. Bu baxımdan deputatın ailə şirkətinin qiymətləri qaldırması manatın qiymətdən düşməsi fonunda ölkədə çörəyin qiymətinə, çəkisinə də birbaşa təsir edir.

Avropa.info yazır ki, holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə İmişlidə “Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub. Həmin anbarlardan biri Milli Məclisin deputatı Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun, digəri isə iş adamı Nizami Umudovundur.

N.Xəlilov unun 1 kisəsini 27 manata, digər iş adamı isə 27 manat 50 qəpiyə satırmış.
Keçirilən əməliyyat zamanı saxlanılan da Nizami Umudov olub. O, unun 1 kisəsini istehsalçı şirkət kəskin bahalaşdırandan sonra 50 qəpik baha satırmış. N.Umudov 3 gün imiş unun qiymətini 18 manatdan 27 manat 50 qəpiyə qaldırıbmış. Dekabrın 24-dən isə N.Umudov İmişli rayonunda un satışını ümumiyyətlə dayandırıbmış. Rayon sakinləri sayt əməkdaşına bildiriblər ki, N.Umudov unu Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovdan alıb və satır. Belə bir halda qiyməti qaldıran istehsalçı şirkət rəsmiləri əvəzinə unun alqı-satqısı ilə məşğul olan iş adamının həbsi anlaşılmır.

Nizami Umudovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları saxlayaraq, Bakıya gətiriblər.

İmişli rayon Polis İdarəsindən Nizami Umudovun həbsinin hansı səbəbdən baş verdiyini bilmədiklərini deyiblər.

“Yeni Müsavat” əməkdaşı “Karat” holdinqin Bakının Murtuza Muxtarov küçəsi 201 ünvanındakı ofisi ilə əlaqə saxlayıb. Ofisdən Ə.Qasımovun ofisdə olduğunu bildirsələr də, deputat qiymət artımı və İmişlidə “Karat”ın istehal etdiyi un məhsulunu baha satan iş adamının Nizami Umudovun saxlanılması ilə bağlı danışmaq istəməyib. Deputat mobil telefonuna etdiyimiz israrlı zəngləri də cavabsız qoyub.

Görəsən, deputat Əsabil Qasımov ölkə rəhbərliyinin süni bahalaşmaya qarşı mübarizə haqda çağırışlarını eşitməyib?(Musavat)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 134
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."