yenicag.az
yenicag.az

Deputata hökm oxundu

Deputata hökm oxundu

Müəllif: Redaktor

Editor

153825_res_01Rusiyanın Komi muxtar respublikasında “Uxtanefteqazgeologiya” ASC-nin keçmiş baş direktoru, Komi Dövlət Şurasının keçmiş deputatı Akif Sayadovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org xəbər verir ki, məhkəmə Sayadovu xüsusilə iri məbləğdə mənimsəmədə və dələduzluqda təqsirli bilib. Bu haqda Komi İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məhkəmənin hökmünə əsasən Sayadov cəzasını ümumi rejimli həbsxanada çəkməklə 4 il həbsə məhkum edilib.

Komidəki azərbaycanlı icmasının liderlərindən olan Akif Sayadov 2014-cü ildə həbs edilmişdi. O, rəhbəri olduğu “Uxtanefteqazgeologiya” ASC dövlət şirkətində mənimsəmələrə yol verməkdə, sənədləri saxtalaşdırmaqda ittiham olunub. Sayadov isə həbsinin sifarişli olduğunu və bu işin arxasında Komi prokurorunun dayandığını deyib. Onkoloji xəstə olan Sayadov təcridxanada ağır şəraitdə saxlanılmasından şikayətlənib, dəfələrlə vəkillər vasitəsilə vəsadətlər verib.

Bir neçə ay əvvəl məhkəmə Sayadovun səhhətini nəzərə alaraq onu ev dustaqlığına buraxmışdı. İndi məhkəmənin qərarına əsasən onun barəsində çıxarılmış qərar həbslə əvəzlənib. Sayadov habelə dövlətə 1 milyon rubl cərimə də ödəməlidir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti