!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan Avropa Parlametinə – Xocalı müraciəti

!Reklam – Yazi

Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, ingilis dilində ünvanlanan müraciətdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilib. Bildirib ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır.

Müraciətində 20 faiz ərazilərimizin işğal altında olduğu, bu günə qədər 10-dan çox ölkənin Parlamenti və ən nüfuzlu Beynəlxalq təşkilatlar tərəfindən Xocalının insanlıq əleyhinə olan cinayət kimi tanındığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə tərəf olsa da məsələnin həlli istiqamətində ciddi irəliləyişlər olmayıb.

Müraciətin sonunda Avropa Parlametinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilib və bildirilib ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaqdır.

Yeniçağ.Az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv