yenicag.az
yenicag.az

Deputatdan gənclərə ÇAĞIRIŞ

Deputatdan gənclərə ÇAĞIRIŞ

Müəllif: Redaktor

Editor

fuad_1426512160Fuad_MuradovMilli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Nardaranda dindarlarla polislər arasında baş vermiş silahlı insidentlə bağlı Modern.az saytına açıqlamasında gəncləri diqqətli olmağa çağırıb.

F.Muradovun sözlərinə görə, Azərbaycanda yürüdülən gənclər siyasəti bu təbəqədən olanlara müxtəlif imkanlar yaradıb:

“Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial, idman tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Belə bir şəraitdə xoşagəlməz hadisələrin də baş verməsi təəssüf doğuran haldır”.

Fuad Muradov Azərbaycan gəncliyinə çağırış edərək bildirib ki, belə məqamlarda onlar dövlətin yanında olmalıdırlar. Onun sözlərinə görə, bəzi gənclərin müxtəlif dini təriqətlərin təsiri altına düşərək, belə bir hadisəyə səbəb olması təəssüf doğurur:

“Azərbaycan gəncliyi bu gün də, sabah da öz dövlətinin yanında olmalıdır. Hər zaman şər qüvvələrə qarşı dövlətimizin gələcəyi naminə mübarizə aparmalıdır. Bu gün milli mənafeyimizi qoruyan və hər şeydən üstün tutan gənclərimiz kifayər qədərdir. Amma mən təəssüf edirəm ki, müxtəlif dini təriqətlərin təsiri altına düşərək, dövlətçiliyə qarşı çıxan az sayda gənclərimiz də var”.

Deputat onu da vurğulayıb ki, belə gənclər bilməyərəkdən müxtəlif dini təriqətlərə qoşulurlar:

“Onlar bilməyərəkdən müxtəlif dini təriqətlərin təsiri altına düşür. Mən düşünürəm ki, onların bu hərəkəti yolverilməzdir və bununla bağlı ciddi işlər görülməlidir.
Azərbaycan gəncləri üçün dövlətimizi qorumaq, onun milli mənafeyini hər şeydən üstün tutmaq əsas prioritet məslələrdən biri olmalıdır. Ona görə də Azərbaycan gənci belə neqativ halın baş verməsinə yol verməməli və buna qarşı mübarizə aparmalıdır”.

Milli Məclisin komitə sədri onu da vurğulayıb ki, Azərbaycanda dövlət gənclər siyasəti yeni mərhələsindədir ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti