!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın adından istifadə edən dələduzu xanım sahibkar ifşa etdi

!Reklam – Yazi

mirehmed_abbasov1-300x216Deputatın adından istifadə edən dələduzu xanım sahibkar ifşa etdi.

Artıq bir neçə müddətdir ki, lombard sahibi, sahibkar xanım Məlahət Qurbanova uzun illər tanıdığı Mirəhməd Abbasova 2012-ci ildə verdiyi 165 min manat pulu hələ də ala bilməyib. Məsələ ilə bağlı Məlahət xanım yeni faktlar açıqlayıb.

Öncə məlumat üçün bildirək ki, Mirəhməd Abbasov Bakı Dövlət Universitenin hüquq fakültəsini bitirib, ixtisasca hüquqşünasdır. Uzun illər prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb, hal-hazırda təqaüddə olan ədliyyə zabitidir. Məlahət Qurbanova ilə tanışlıqları da tələblik illərinə təsadüf edir. Məhz uzun illərin tanışlığından və xanım sahibkarın etibarından sui istifadə edən “qəhrəman” Mirəhməd Abbasov dəfələrlə maddi çətinlikdə olanda ona kömək edən Məlahət xanım, özü indi onun sayəsində maddi çətinliyə düşüb. Görünür artıq ehtiyatda olan prokurorluq əməkdaşı Mirəhməd Abbasov faktiki təqaüddə olması ilə əlaqədar itirəcək heç bir şeyinin olmamasını nəzərə alaraq, illərin tanışı olduğu Məlahət Abbasovaya “atmaqla” qazanmaq istəyir. Yaxud da Mirəhməd Abbasov keçmiş prokurorluq əməkdaşı olaraq hüquq mühafizə orqanlarında olan dostlarına və yaxınlarına arxalanır. Hətta məqsədinə nail olmaq üçün deputatın adından da istifdə edərək, özünü onun “şəriki” kimi də təqdim edib.

Amma hər halda biz hüquqi dövlətdə yaşayırıq və gec-tez Mirəhməd Abbasov qanun qarşısında cavab verəcək. Amma qanundan da öncə insan gərək vicdanı qarçısında cavab versin.

Artıq 3 ildən çox müddətdə götürülmüş 165 min manatın geri qaytarılmaması nəticəsində şirkətin hansı problemlərnən üzləşəcəyini təsəvvür etmək çətin deyil. Məlahət xanım bildirir ki, Mirəhməd Abbasovun götürdüyü pulun geri qaytarılmamasına baxmayaraq, o hər ay bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirir və artıq bu səbəbdən ciddi maddi çətinliklər yaşamaqdadır. Nəticə etibarıilə keçmiş prokurorluq əməkdaşı olan Mirəhməd Abbasov sayəsində şirkət müştərilərini itirir və ən əsası onlarla insanın yeganə gəlir yeri olan iş yerlərini itirmək təhlükəsindədir.

Məlahət Qurbanova son zamanlar onun müraciətinin bəzi şəxslər tərəfindən təhrif olunnmasınından da narahat olduğunu bildirdi. Bir daha bildirdi ki, “mən pulu uzun illər tanıdığım, özünü deputatın şəriki kimi təqdim edən Mirəhməd Abbasova vermişəm və ondan da tələb edirəm.Onun pulu götürməsini təsdiqləyən sənədləri də təqdim edəcəm. Mənim müraciətim ətrafında bəzi deputat və iş adamlarının adlarını hallandırmaqla, Mirəhməd Abbasovu arxa plana keçirir və bu həmin dələduzun işinə yarayır. Odur ki, bir daha müraciətimi işıqlandıran hər kəsə təşəkkür edir və müraciətimi təhrif etmədən yazmalarını xahiş edirəm “.

Sonda Məlahət xanım zəruri sənədləri toplayaraq yaxın günlərdə yenidən Mirəhməd Abbasov haqqında hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirdi: “Mirəhməd Abbasov neçənci dəfədir ki, hüquq-mühafizə orqanlarında olan keçmiş münasibətlərindən istifadə edərək, bizim hüquqi mübarizəmizə mane olur. Ancaq inanırıq ki, sonunda haqq-ədalət qələbə çalacaq və Mirəhməd Abbasov dələduz fəaliyyətlərinə görə, layiqli cəzasını alacaq”.

 

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv