!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın bacısı qəzaya düşdü - Foto

!Reklam – Yazi

Naftalanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Qaşaltı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Qaşaltı kənd sakinləri, 1980-ci il təvəllüdlü İlhamə Əhmədova, 2000-ci il təvəllüdlü Gülpəri Qocayeva, 1963-cü il təvəllüdlü Həmidə Aslanova və 2003-cü il təvəllüdlü Vüqar Hacızadə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qəzaya düşən H. Aslanova 96 saylı Goranboy – Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanovun bacısıdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

Yenicag.az

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv