!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın bankı üç ailəni taladı

!Reklam – Yazi

agbank3Son günlər Azərbaycandakı banklarda baş verən ciddi qanun pozuntuları, cinayət tərkibli hallar barədə mətbuatda silsilə yazılar dərc olunur.

Müştərilərin aldadılaraq əmlaklarının əlindən alınması, saxta hərraclar, rüşvətlə çıxarılan ədalətsiz məhkəmə qərarları, hətta cinyətlərinin gizlədilməsiylə əlaqədar qətl hadisələrinin baş verdiyi bank sektoruyla bağlı daha bir sensasion şikayəti diqqətinizə çatdırırıq.

Bu dəfə şikayət millət vəkili Çingiz Əsədullayevin Müşahidə Şurasının sədri olduğu AzeriGazBank-dandır.

Vətəndaş Sədaqət Namazovanın bildirdiyinə görə, 2008-ci ildə 3 nəfərlə birlikdə evlərini girov qoyub sözügedən bankdan 250 min dollar kredit götürüblər və kredit bir nəfərin adına rəsmiləşdirilib: “Qayınatam Firidun Namazov biznes qurmaq istəyirdi. Buna görə də şərikləri Elmira Mərdanova və Arzu Mustafayeva ilə birlikdə evlərini girov qoyub, kredit aldılar. Biz banka öz üzərimizə düşən pulun – 119 min 188 dollarını ödədik. Bankın verdiyi maliyyə arayışına görə digər mənzillərin sahibləri tərəfindən banka 46 min dollar pul ödənilib. Ümumilikdə banka 165 min dollar pul ödənilib. Lakin kreditin bitməsinə bir neçə ay qalmış digər şəriklərin gecikdirmələri oldu. Bank gecikmələrə görə ümumi məbləğin üstünə faiz gəldi və 158 min dollar borc oldu 240 min dollar. Bu, açıq-aşkar şişirdilmiş rəqəm idi”.

Bununla əlaqədar Nərimanov rayon məhkəməsinə müraciət edilib və borc 202 min 310 dollara salınıb: “Bundan sonra qərar çıxarıldı ki, 3 ev hərraca çıxarılsın, satılsın və bankın 202 min dolları ödənilsin. Amma 3 evin satılmasına heç bir ehtiyac yox idi. O iki ev satılsaydı, bankın pulu ödənilərdi. Çünki mən öz payıma düşən pulu ödəmişəm. Görünən odur ki, bank məhkəmə ilə danışmışdı və məhkəmə hər 3 evin satılması ilə bağlı qərar verəcəyini bilirdi. Buna görə də birinci instansiya məhkəməsinin qərarından Apellyasiya məhkəməsinə şikayət verdim, amma alınmadı. Orada da mənim hüquqlarımı qoruyan taplmadı”.

S.Namazova evinin bankdan geri alınması üçün bir neçə dəfə banka gedib, bankın Müşahidə Şurasının sədri, millət vəkili Ç.Əsədullayevə məktub yazıb: “Məktublarıma cavab verən tapılmadı. Bir də xəbər tutdum ki, məndən xəbərsiz hərrac keçirilir, 3 evin 3-ü də satışa çıxarılıb və bank hər 3 evi alıb. Protokol da var. 3 evə 196 min manat pul verilib. Mən yenə ərizələr yazdım, Ədliyyə Nazirliyinə getdim. Bildirdim ki, sizə qalan borcu da ödəyim, amma evimi qaytarın. Yenə də razılığa gəlmədilər. Mərkəzi Banka müraciət edirəm, deyirlər ki, özəl bankdır, bizlik bir şey yoxdur. Hara müraciət edirəm o birinə yönləndirir”.

S.Namazova ailəsi ilə birlikdə 2014-cü ilin fevralında əvvəlcədən xəbərdarlıq edilmədən bir günün içində evindən çıxarılıb: “10 gün vaxt verdilər. Dedilər ki, icranın dayandırılması ilə bağlı qərar olsa, məsələ həll olunana kimi evdə yaşamağa davam edərsən. Səbail rayon məhkəməsinə verdim, məhkəmə icranın dayandırılması ilə bağlı qərar çıxardı. Amma buna rəğmən bizə evdə yaşamağa icazə vermədilər”.

Bank müştərisinin sözlərinə görə, bank 3 evi alsa da, bir evi aldığını iddia edir: “Mən əlimdəki protokollarla sübut etdim ki, hər 3 evi alıblar. Bununla belə gözlərini döyüb, üzümə baxırlar”.

Sədaqət Namazova çıxarılan qərarlarla bağlı Ali Məhkəməyə də müraciət edib: “Hakim bütün protokollara baxdı, araşdırma aparmadan bankın xeyrinə qərar çıxardı. Ali məhkəməyə getdik. Amma 1 həftə qalmış artıq bilirdim ki, qərar bankın xeyrinə olacaq”.

Qeyd: Yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycandakı banklarda fırıldaqçılıq təxminən eyni mexanizmlə həyata keçirilir. Bank əgər məhkəməyə müraciət edibsə, müştərinin borcu ödəməsilə razılaşmır, evi öz mülkiyyətinə keçirir, evi satsa belə artıq qalan pulu müştəriyə qaytarmaqdan imtina edir. Müştəri məhkəməyə müraciət edəndə isə bank instansiya məhkəməsinə gəlməkdən imtina edir və məhkəmə müştərinin xeyrinə qərar çıxarır. Bu ona görə belə olur ki, bankı birinci məhkəmə instansiyasının qərarı maraqlandırmır. O, əsas gücünü sonrakı instansiyalara xərcləyir. Beləliklə, bank hansısa məlum yollarla prosesi Apellyasiya və Ali Məhkəmədə udmaqla müştərinin evini əlindən almış olur(aznews).

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv