!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar arasında dava düşdü – VİDEO

!Reklam – Yazi

dava ali radaUkrayna Ali Radasında deputatlar arasında dava olub.

Deputat Vladimir Parasyukun güc tətbiq edərək “Müxalifət blok”un üzvü Dmitriy Kolesnikovun çıxışının qarşısını alması davaya səbəb olub.

D.Kolesnikovun çıxışı Lvov şəhərinin meri Andrey Sadovoyun fəaliyyətinə həsr olunub. O, çıxışında Lvovda zibilliklərlə əlaqədar vəziyyətdən və şəhər sakinlərinin etiraz aksiyalarından söz açıb. V.Parasyuk isə bu çıxışı təmsil etdiyi regionun daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Ali Radanın spikeri Andrey Parubiy həmçinin D.Kolesnikovun çıxışını tənqid edərək, onu “Rusiya təbliğatı” adlandırıb. “Sizə çıxışı bitirməyə imkan verməyəcəyəm, çünki siz Ukrayna parlamentindəsiniz. Ukrayna əleyhinə təbliğat aparmaq istəyirsinizsə, RF-nın parlamentinə gedib orada çıxış edin”, – Parubiy qeyd edib.

Xatırladaq ki, bu, Ali Radada baş verən ilk belə hal deyil.

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv