Deputatlar arasında yumruq davası – VİDEO

Müəllif: Redaktor

Editor

yukruq davasi 28 aprelÖtən axşam Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında millət vəkilləri arasında yumruq davası olub.

Hadisə separatçı PKK terror qruplaşmasının siyasi dəstəkçisi Xalqların Demokratiya Partiyası (HDP) millət vəkili Fərhad Encünün çıxışı vaxtı baş verib.

Encünün TBMM kürsüsündə dediyi, “polis mülki əhalini qətlə yetirir” sözləri hakim Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri tərəfindən kəskin etirazla qarşılanıb. Bəzi AKP-li deputatlar Fərhad Encüyə hücum ediblər. Qadın millət vəkillərinin olduğu HDP qrupu da Encünü qorumaq üçün kürsüyə doğru irəliləyiblər.

HDP millət vəkilləri Fərhad Encünü əhatə edərək kürsüdən uzaqlaşdırmağa cəhd edərkən AKP millət vəkilləri onlara hücum edib. Plenar iclası idarə edən vitse-spiker Mehmet Aydın iclası dayandırsa da davanın böyüməsinin qarşısını ala bilmədi.

Əvvəl AKP-li Mətin Külünk və Həmzə Dağ HDP qrup rəhbəri Çağlar Dəmirəlin uzaqlaşdırmağa çalışdığı Encüyə hücum çəkiblər. Eyni vaxtda zalın arxa tərəfindən dolaşan AKP-li Növzat Ceylan da HDP qrupunun oturduğu sıralara yaxınlaşaraq Encüyə hücum edib. Ceylan araya girməyə çalışan Dəmirəli də əli ilə itələyib.

Ceyıan ilə Encü arasında yumruqlaşma başlayıb və AKP-dən olan Adnan Boynukara da davada iştirak edib. Bu dava-dalaş davam etdiyi anda iclas zalının müxtəlif yerlərində AKP-lilər ilə HDP-lilər arasında yumruqlaşma başlayıb.

Dava vaxtı HDP sözçüsü Ayhan Bilgen, həmçinin həmin partiyadan olan qadın millət vəkilləri Hüda Kaya və Burcu Özkan Çelik də zərbəyə məruz qalıblar. Dava sakitləşdirilərək AKP millət vəkilləri yerlərinə göndərildildikləri vaxt HDP üzvlərinə qarşı “Dağa, dağa” şüarları səsləndiriblər.

Encü isə ona terrorçu deyən AKP-lilərə onlardan qorxmadığını deyib. “Siz məni, seçilmiş bir insanı terrorçu elan edə bilməzsiniz. Həddinizi bilin. Sizdən qorxmuruq”.(Azvision)

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır