!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Deputatlar dirilərin problemini həll etsin, ölülərdə nə işləri?" - Hərbi qəbiristanlıq təklifinə sərt etiraz

!Reklam – Yazi

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda orduda həlak olanlar üçün standart qəbirlərdən ibarət məzarlığın yaradılmasını təklif edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da təklifə dəstək olaraq, qeyd edib ki, gələcəkdə “vahid ordu qəbiristanlığı”nın yaradılması, yaxud qəbiristanlıqlarda hərbi xidmət zamanı həlak olanların dəfn olunması üçün ayrıca ərazinin yaradılması məsələsi müzakirə oluna bilər.

Görəsən, vahid “ordu qəbiristanlığı”nın yaradılmasına ehtiyac varmı?

ADP sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında “vahid ordu qəbiristanlığı”nın yaradılmasının əleyhinə olduğunu bildirdi:

serdar“Milli Məclisi məgər ölülər seçib ki, onlar da seçiləndən sonra ölülərlə bağlı qərar qəbul edirlər? Onları dirilər seçibsə, gedib dirilərlə məşğul olsunlar. Milli Məclisin bu məsələyə qarışmağa ixtiyarı yoxdur. Həlak olanların harda basdırılması ilə bağlı din məşğul olur. Bu mənada Milli Məclisin nə ixtiyarı var ki, belə danışır. Deputatlar insanların sosial problemlərini, Qarabağın azad edilməsini müzakirə etmək əvəzinə, qəbiristanlıqla məşğul olurlar. Sabah da ölüləri basdırmağın yeni metodunu icad edəcəklər. Milli Məclisin səlahiyyətinə daxil olan məsələ deyil. “Vahid ordu qəbiristanlığı”nın yaradılmasına ehtiyac yoxdur. Nəyə görə yaradılmalıdır? İnsan öz şəhidini digər vəfat edən yaxınlarının qəbri yanında basdırmağa üstünlük verir. Ona görə də nədən gedib onu başqa yerdə basdırmalıdır? Yalnız müharibə zamanı ölüləri daşımağın mümkün olmaması fonunda onu həlak olduğu yerdə basdırıblar”.

Hərbçi-ekspert Azad İsazadə isə məsələyə müsbət yanaşdı:

“Sözsüz ki, orduda həlak olanlar üçün “vahid ordu qəbiristanlığı”nın yaradılması mümkündür. Dünya ölkələrinin əksəriyyətində hərbi qəbiristanlıqlar mövcuddur. Azərbaycanda da Şəhidlər Xiyabanını götürsək əslində belə təcrübə var. Şəhidlər Xiyabanı vaxtilə elə hərbi qəbirstanlıq funksiyasını öz üzərinə götürmüşdü. Orada torpağa basdırılanlar əsasən döyüşdə şəhid olan zabit və əsgərlərdir. Lakin yer azlığından həmin qəbirstanlıq bağlandı. II Fəxri Xiyabanda hərbçilər üçün ayrıca yer ayrılıb. Amma ümumiyyətlə eyni tipdə və eyni simvolikada ayrıca hərbi qəbirstanlığın olması məqsədəuyğun addım olardı”.

ELÇİN

www.yenicag.az

2360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv