www.sinerjipro.net

SinerjiProWide
Reklam

70959Milli Məclis sədrinin müavini, Azərbaycan Parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 14-cü qış sessiyasında iştirak etmək üçün fevralın 17-dən 21-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.

Yenicag.az anspress-ə istinadən bildirir ki, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.

Sessiya çərçivəsində öncə “ATƏT PA-nın Aralıq dənizi forumu” keçiriləcək. Forumda “Aralıq dənizi regionunda təhlükəsizliyə və əməkdaşlığa dəstək” məsələsinə dair açıq diskussiyalar aparılacaq.

Sonra deputatlarımız qurumun ümumi komitələrinin iclaslarında iştirak edəcəklər. Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” barədə geniş fikir mübadiləsi aparılacaq.

Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi komitəsinin iclasında komitənin sədr müavini A.Quliyevin çıxışından sonra “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında xüsusi müzakirələr olacaq.

İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitənin iclasında ATƏT regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji və iqtisadi çağırışların neytrallaşdırılması sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək.

Üç ümumi komitənin birgə iclaslarında bir sıra müraciətlər oxunacaq, gender məsələləri ətrafında fikir mübadiləsi aparılacaq, Ukraynadakı və Ukrayna ətrafındakı böhrana ATƏT-in münasibəti xüsusi araşdırılacaq, digər məsələlərə baxılacaq.

Qurumun Daimi komitəsinin iclasını ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Qurumun maliyyə hesabatı dinlənildikdən sonra ATƏT PA-nın baş katibi Oliver Spenser çıxış edəcək. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti sessiyada fəal iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."