!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dərbənd azərbaycanlıları təcrid olunmuş vəziyyətdədir”

!Reklam – Yazi

qkW-cQMv57gElnur Nəciyev: “Bakıda Dərbəndi təmsil edən, rəsmi səviyyədə problemləri ilə maraqlanan bir qurum yoxdur”

Dağıstan ərazində yerləşən və əsasən azərbaycanlılar yaşayan Dərbəndə bu gün soydaşlarımıza qarşı təcridetmə siyasəti aparılır. Lakin buna baxmayaraq, Azərbaycanın vətəndaş cəmiyyətləri bu məsələdə soydaşlarımızı müdafiə etmək əvəzinə, susqunluq nümayiş etdirirlər. Görəsən niyə?

Yeni cag.az saytına açıqlamasındaDəmirqapı (Dərbənd) Azərbaycandır səhifəsinin admini Elnur Nəciyev bunun səbəbini Bakıda rəsmi səviyyədə dərbəndli azərbaycanlıların problemi ilə maraqlanan qurumun olmamasında axtarmağı lazım bildi: “Dərbənddə son vaxtlar problemlər kifayət qədərdir. Lakin mətbuatda çalışan bəziləri bundan qarışıqlıq yaratmaq üçün istifadə etməyə çalışırlar. Dərbənd camaatını Borçalı camaatı ilə müqayisə edə bilmərik. Oradakı insanlarımız daha çətin vəziyyətdədir. Bir tərəfdən, qalxıb haqq-hüquqlarını  tələb etsələr, onlara hökümətimiz lazimi dəstəyi göstərə bilməyəcək. Digər tərəfdən də orada xalqın adından çıxış edənlər arasında birlik adında nəsə yoxdur. Yəni onlar birlikdən çox, parçalanmaq istiqamətində addım atırlar. Bir vaxtlar Ədalət cəmiyyəti var idi. Son vaxtlara qədər fəaliyyətsizliyinə, maliyyə problemlərinə görə kağız üzərində olsa da bu cəmiyyət mövcud idi.  Artıq isə elə bir mövcudluğu da yoxdur. Bakıda isə Dərbəndi təmsil edən, rəsmi səviyyədə onların problemləri ilə maraqlanan bir qurum yoxdur. Əvvəllər olub, ama indi yoxdur. Belə bir şəraitdə orada yaşayan soydaşlarımızdan hər hansı bir fəallıq gözləyə bilmərik. Son vaxtlar Dərbəndlə bağlı yaranan problemləri xəbər xətrinə rəngləyib xalqa təqdim edənlər düşünmür ki orada bunun fəsadlarını Dərbənd əhli, yəni oradakı azərbaycanlılar çəkir. Ən azından bütün bunları nəzərə alıb bu  insanların susqunluğunu dəyərləndirmək lazımdır”.

Rüfət/Yenicag.az

www.yenicag.az

2429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv