!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman bazarında xaos – SÜNİ QİYMƏT ARTIMI

!Reklam – Yazi

“Hazırda dərman bazarındakı qiymətlərdə həddindən çox süni artım var”

Yenicag.Az  xəbər verir ki, bu barədə tanınmış həkim, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, dərman bazarına xaos yaranıb: “Əslində, dərman bazarında yaranmış vəziyyət dərmanın monopoliyada olması ilə bağlıdır. Dərman bazarında azad rəqabət yoxdur. Əvvəl xeyli dərman firmaları fəaliyyət göstərirdi və Azərbaycana gələn dərman preparatlarının bir neçə analoqu olurdu. Bu da rəqabət yaradırdı, nəticədə qiymətlər ucuzlaşmağa doğru gedirdi. Amma firmaların çoxu Tarif Şurasının müdaxiləsindən sonra bağlandı. Bəziləri müflis oldu, bəziləri isə yaranmış rəqabət mühiti ilə işləməyin mümkün olmadığını görüb, fəaliyyətini dayandırdı. Nəticədə belə bir vəziyyət yarandı”.

Adil Qeybulla bildirib ki, ayrı-ayrı monopoliyaya nəzarət edən şirkətlər dərman bazarına diktə edirlər: “Qiymətlərin süni şişirdilməsi, real qiymətlərdən yüksək olması halları ilə yanaşı dərmanların keyfiyyət parametrlərinin özləri də aşağıdır. Burada həyəcanlı tibbi bir durum yaranıb. Bunun çıxış yolu kimi dövlət farmakopeyası yaranmalıdır. Azərbaycana idxal olunan dərman maddələrinin hər biri orada təsbit olunmalıdır. Yəni ilk növbədə biz Ümumdünya Səhiyyə Təşkilatına daxil olmuş dərmanların idxalı ilə məşğul olmalıyıq”.

Professor vurğulayıb ki, eyni zamanda üçüncü ölkələrdən, mənşəyi məlum olmayan yerlərdən dərman idxalı dayandırmalıdır:”Ümumiyyətlə, daxili bazarda dərmanların stabilliyini təmin etmək üçün tibbi tədbirlər görmək mütləqdir. Hazırda Azərbaycan İranla müştərək farmakoloji zavod açır. İnanmıram ki, nəticə etibarı ilə orada uğur olsun. Çünki yaxşı olardı ki, Avropa tanınmış şirkətlər ilə əməkdaşlıq edilsin. Bununla da xeyli yüksək keyfiyyətə ucuz mallar əldə edə bilərik”.

Yenicag.Az

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv