Ads by Google

hightechnic
Ads by Google

b3eace920ec“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur”.

Bu barədə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, ƏDV ilə bağlı qanun qəbul olunarsa, ölkədə dərmanların qiyməti 18 faiz ucuzlaşacaq.

“Bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır. Bir çox dövlətlər isə müəyyən qədər əlavə dəyər vergisi tətbiq edilir. Bütün bunları nəzərə alaraq bizdə də ƏDV-nin ləğvi üçün ciddi müzakirələr aparılır”.

M.Quliyev Azərbaycanda yerli dərman istehsalının çox vacib məsələ olduğunu vurğulayıb: “Ölkədə dərman istehsalı üçü təbii, iqtisadi, texnoloji şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da qiymətlər ucuz olacaq. Bundan əlavə dərmanlarım keyfiyyətinə birbaşa hökumət özü nəzarət edə biləcək”.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 49
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."