!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Devalvasiya hansı sahələri tamam çökdürəcək?

!Reklam – Yazi

14506973323675134343_554x360Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatı buna hazır deyil”

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
“Report”un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, atılan addım ölkə iqtisadiyyatı üçün acınacaqlı fəsadlara səbəb olcaq: “Mərkəzi Bankın bu addımı heç də onun manatın kursu ilə bağlı üzən məzənnəyə keçməsi anlamına gəlməməlidir. Bunun adı inzibatı yolla məzənnənin təyin olunmasıdır. Sadəcə hökumət mədəni iqtisadi bir termin tapıb və ondan istifadə edir. Əslində Azərbaycanda üzən məzənnəyə keçid üçün də heç bir şərait yoxdur. Qiymətli kağızlar bazarı yoxdur, valyuta birjası fəaliyyət göstərmir, ölkədə azad rəqabətli mühit mövcud deyil. Həmçinin ölkəyə çoxlu miqdarda valyuta gətirən şirkətlər də yoxdur. Ancaq bir neçə şirkət var ki, ölkəyə valyuta gətirə bilər. Məzənnə siyasətinə keçid üçün bu komponentlər çox vacibdir. Onlarsız üzən məzənnəyə keçid ümumiyyətlə mümkün deyil. Atılan addım isə sadəcə olaraq inzibatı yolla məzənnənin təyin olunmasıdır. Üzən məzənnə olmadığından birdən-birə kursu xeyli dərəcədə artırmaqla özləri üçün müəyyən bir müddətə stabil kurs saxlamağa çalışırlar. Yəni fevral ayından bu günə qədər 1 dollar 1,05 manat civarında qala bildi, indi də bir müddət 1,55 manatda saxlamağa görə birdən-birə belə yüksək kurs təyin edilib. Bu addımın ölkə iqtisadiyyatına çox ağır fəsadları olacaq. Hökumət yenidən səhv addım atdı, belə kəskin addım atmamalı idi. Bank sektoru çökəcək, burada ciddi problemlər olacaq. Onsuz da aşağı səviyyədə olan pərakəndə ticarət tamamilə batmaq təhlükəsi qarşısında qalacaq. İş yerlərinin qapanması, insanların gəlirlərinin azalması tendensiyası sürətlənəcək. Bütün bunların fonunda ölkədə sosial gərginliyin də artması ehtimalı yüksələcək. Birdən-birə belə bir addımın atılmasına lüzum yox idi. Prosesə doğrudan da üzən məzənnə adını qoyublarsa, bunu obrazlı desək, üzə-üzə edə bilərdilər. Yəni məzənnəni heç olmasa iki həftədən bir, ayda bir dəfə 3-5 qəpik dəyişdirilərək, təqribən 4-5 aydan sonra hazırkı səviyyəyə gətirmək mümkün idi. Amma hazırkı sıçrayışlı addıma Azərbaycan iqtisadiyyatı hazır deyil. Ona görə də bunun ölkəmiz üçün çox ağır fəsadları olacaq”.

ELÇİN

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv