Devalvasiya təxribatları başladı – FOTOFAKT

Devalvasiya təxribatları başladı – FOTOFAKT

Müəllif: Redaktor

Baş Redaktor

11032235_10207013209224157_1247707572323940382_nAzərbaycanda dolların 50 faiz bahalaşmasını fürsət bilən müxalifətçilər ölkədə ictimai rəyi çaşdırmaq üçün yeni təxriabtlara əl atıblar. Sosial şəbəkələrdə müxalifət təmsilçiləri tərəfindən guya Bakıda insanların etiraza qalxması ilə bağlı videogörüntülər yayılıb. Ancaq, kiçik araşdırma zamanı məlum olur ki, bu gun Facebook şəbəkəsində yayılan etiraz videosu 2013-cü ilə aiddir.

 

“Müsavatçılar” qrupu 2013-cü ilin yanvarında Binə ticarət mərkəzində lentə alınan görüntüləri paylaşmaqla insanların guya dövlətə qarşı çıxdığını göstərməyə çalışır. Burada əsas məqsəd Facebook vasitəsilə insanları təxribata çəkib, onları dövlət əleyhinə çıxmağa sövq etməkdir.

Videonun çəkilmə tarixindən də görünür ki, paylaşılan video 2013-cü ilin yanvarına aiddir.

Kadrını aşağıda gördüyünüz digər video isə əslində bu ilin fevral ayında çəkilib. Onu paylaşan `Made in Azerbaijan` səhifəsinin bundan öncəki adı “Nardarana dəstək olaq” imiş. Səhifə Nardaran hadisələri zamanı qəsəbə sakinlərini, eləcə də ölkədə dini kəsimi dövlətə qarşı ayağa qalxamağa çağırmaqla açıq-aşkar təxribatla məşğul olub. Məlum olaylardan sonra iz itirmək üçün səhifənin adı dəyişdirilib.

 

“Made in Azerbaijan” adlanan Facebook səhifədəki əksər paylaşımlar təxribat xarakterli olmaqla yanaşı, ictimai rəyi çaşdırmağa hesablanır.

Qeyd edək ki, “Nardarana dəstək olaq” səhifəsinin Əli Kərimlinin AXCP-sinə məxsus olduğu bildirilir.

(Azvision)

Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti