www.sinerjipro.net

SinerjiProWide
Reklam

sabuhiBu günkü valyuta məzənnəsi sisteminin əsası 1944-cü ildə ABŞ-ın New Hemshire əyalətinin Bretton Woods qəsəbəsində keçirilən bir konfransda qoyuldu. Dünya Bankı və BVF-nun əsası da bu konfransda qoyuldu. 1971-ci ilə qədər davam edən bu sistemə görə, 1 unsiya (təxminən 31 qr) qızıl = 35 ABŞ dollar qəbul edilmişdir. Dünya ölkələri beynəlxalq pul vahidlərini belə bir dəyər üzərindən ABŞ dollarına indeksləmişdirlər. Beynəlxalq pulların maksimum 1 % nisbətində aşağı və yuxarıya dəyişə biləcəyi bir xətt məsəfəsi müəyyənləşdirilmişdi. Bu nisbət daha çox olduqda, ölkələrin pul sahəsində rəhbərləri bazarlara müdaxilə edərək bunun üçün valyuta ehtiyatlarını dövriyyəyə salacaq, bu da kifayət etmədiyi təqdirdə BVF-dan kredit alacaqlar. Yalnız bu şərtlərdən sonra BVF-dan icazə alınaraq devalvasiya edilə bilərdi. Bu sistem, 15 avqust 1971-ci ildə ABŞ-ın dollarının qızıla bağlanması ləğv edildikdən sonra süqut etdi. Bu tarixdən sonra dolların qızıl təminatı olması məcburiyyəti ortadan götürülmüşdür . 17-18 dekabr 1971-ci ildə Vaşinqton, Smithosoion ərazisində keçirilən iclasda ABŞ-ları qarşısında mark və ien başda olmaqla digər ölkələrin də pulları devalvasiya edildi. ABŞ-da 12 fevral, 1973-cü ildə ikinci dəfə devalvasiya edildi. Nəhayət, mart 1973-cü ildə Smithosoion müqaviləsi də öz əhəmiyyətini itirdi.

Bu tarixdən etibarən hər ölkə özünə aid bir sistem həyata keçirməyə çalışdı.

Təbii ki, dolların «hard curency», yəni bütün dünyada işləməsi funksiyası bu gün də davam edir.
Bretton Woods sisteminin ən əsas xüsusiyyəti, ABŞ dollarına bütün pulların indeksləşməsi (bağlanması) ilə birlikdə, onun dünya pulu olmasıdır. Başqa sözlə ölkələr öz aralarında, hətta ölkədaxili iqtisadi əməliyyatları dollarla həyata keçirməyə başladılar. ABŞ dövriyyəyə buraxdığı dolların həcmində ehtiyatın hamısını qızılla təmin edəcəyinə söz vermiş olsa da heç bir ölkənin bunu araşdırma imkanı yox idi. Bunun üçün ABŞ xüsusən 60-cı illərin sonunda meydana gələn cari kəsirlərini, qarşılığı olmayan pul çap edərək ödəməyə çalışmışdır. Marşal yardımları kimi tanınan yardımların ABŞ üçün heç bir yükü olmamaqla yanaşı bu yolla ABŞ öz pulunu başqa ölkələrdə hakim etmişdir.

Mətbəə dəyərindən başqa heç bir maya dəyəri olmayan dollarları çap edərək bütün dünyaya paylayan ABŞ, həm siyasi hegemonluğunu, həm də dünya gəlirlərini özünə yönəldən bir sistem qurmuşdur.
Tədricən qızıl ilə əlaqəsini itirən dollar, artıq real qarşılığı olmayan, ancaq etibarına görə bütün dünyada istifadə olunan pul halına gəlmişdir. ABŞ nəinki ehtiyatdakı qızılın, hətta sahib olduğu bütün yeraltı və yerüstü sərvətlərin də dəyərindən artıq pul çap edərək, dünya ölkələrinə göndərmiş və göndərməkdədir.

Valyuta sistemindən danışarkən ən vacib məsələ, pul zonaları məsələsidir. Beynəlxalq pulların işləndiyi zonalar məsələsi, bəlkə də iqtisadi siyasətin ən önəmli sahəsidir. Bu gün dünyanın müxtəlif yerlərində FOREX bazarlarında beynəlxalq pullar alınıb satılır. Ancaq, hər ölkənin pulunun gündə 2 trilyon dollar məbləğində dövriyyəsi olan bazarlarda alınıb satılması mümkün deyildir. London, Nyu-York, Paris, Tokio kimi bazarlarda məlum ölkələrin pulları alınıb satılır.
Konvertə edilməyən türk lirəsiylə bu bazarlarda dollar və ya avro almaq mümkün olmadığı kimi, onu dünyanın hər hansı bir yerində dollarla dəyişdirmək də mümkün deyildir. Ancaq öz torpaqlarımızda həm xalqarası, həm də banklararası bazarlarda, Örtülü Bazarda (Kapalı Çarşı) rahatlıqla işləyən «hard currency» valyutalarının başında dayanan dollardır. Madam ki, milli pulumuz FOREX bazarlarında işləmir, öz torpaqlarımızda sərvətlərimizin xaricə daşınmasına şərait yaradan xarici pulların konvertə olmasına icazə verməyimiz də düzgün deyildir.
Xüsusilə, qarşılğı olmayan ABŞ dollarının dünya iqtisadiyyatında hegemonluğu dünyanı çıxılmaz bir böhrana salmışdır. Bu gün, ehtiyatları dollarla saxlayan ölkələr bu pulları sahibinə qaytaranda, qarşılığını tapmayacaqlar. Bu baxımdan varlı qəbul edilən bir çox ölkələr, əslində qarşılığı olmayan kağız parçalarına sahib olmaqla zəngin olduqlarını düşünürlər.

Devolvasiya qaçılmaz idi

Neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. Əksər ölkələr – dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərədək bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Ən yaxın ticarət tərəfdaşlarımız Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları da çoxdan sərbəst buraxılmışdı ki, bu da onlarla iqtisadi və ticarət əlaqələrində problemlər yaradırdı. Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək kursuna görə, getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə, manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz idi.

Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb.

Bu Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Azərbaycan Mərkəzi Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Amma bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilər. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətindəyik.

Lakin təcrübə göstərir ki, devolvasiya prosesi güclü iqtisadiyyatı çökdürmək niyyətində deyil. Bir neçə ay davam edən gərginlik iqtisadi sabitliklə əvəzlənir. Hesab edirəm dünyanı ələ alan iqtisadi böhranla mübarizədə cəmiyyət olaraq dövlətimizin yanında olmalı və sabitliyimizin qorunub saxlanmasında maraqlı olmalıyıq.

Qeyd: Bir vaxtlar radikalları, ekstremistləri vətənpərvər dindar adı ilə cəmiyyətə sırımağa çalışan qüvvələr indi də manatın devolvasiyasından bərk “sevinməyə” və yararlanmağa çalışırlar. 26 dekabr tarixində Fəvvarələr meydanında nümayiş keçirməyə çalışan gənclər əslində xarici ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə öz dövlətlərinə xəyanət etmiş olurlar. Məqsəd bəllidir: ölkəmizin beynəlxalq aləmdə olan imicinə zərbə vurmaq, iqtisadi və siyasi sabitliyi pozmaq və diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaqdır.

Səbuhi Abbasov

QHT sədri,

İnternet-media ekspert

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."