www.sinerjipro.net

SinerjiProWide

“Dəyanət Rzayev ikinci dəfə ailə qurmağa hazırlaşırdı” - (Yenilənib + Foto)

Reklam

Psixoterapevt Dəyanət Rzayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.

“Report”un xəbərinə görə, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.

Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayırılıb. Onların bu nikahdan 2 övladı var.
“O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı” – deyə, yaxınlarından biri bilidirib.

***

11:48

“Report”un xəbərinə görə, psixoloqun dostlarının dediyinə görə, D.Rzayev bir həftə əvvəl depressiyaya düşüb. O, sosial şəbəkələrdə fəaliyyətini dayandırıb. Bundan əlavə, bir həftədir çalışdığı “Caspian Business Center”dəki iş yerinə gəlmirmiş.

D.Rzayevin yaxınlarının dediyinə görə, onların soyu Qaradağ xanlığının banisi Kazım xana bağlıdır. D.Rzayev ailənin tək övladı olub.

Psixoloqun hüzr mərasimi Nəsimi rayonu Bakıxanov küçəsi 26 ünvanında yəni atası Mamedin evində keçirilir. D.Rzayev bu gün Biləcəri qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."