Dəyişən hava çaylarda sululuq səviyyəsinə necə təsir etdi?

Müəllif: resul

Editor

Respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 138 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 140 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 46 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 84 m3/s olmaqla ongünlük normanın 125 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 8, Şirvanda 28, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə 1 artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 (2016-cı il yanvarın 27-də 472 sm), Şirvanda 305 (2016-cı il yanvarın 27-də 345 sm), Salyanda 254 (2016-cı il yanvarın 27-də 290 sm), Bankədə 216 (2016-cı il yanvarın 27-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2016-cı il yanvarın 27-də 193 sm) təşkil edir.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir